525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakıda Hindistanın 77-ci Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edilib.
525.az xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın və Hindistanın Dövlət himnləri səsləndirilib.
Hindistanın ölkəmizdəki səfiri Sridharan Madhusudhanan çıxışında deyib ki, bu mühüm tarix Hindistanın demokratik institutlarının davamlı gücünü bir daha nümayiş etdirir.
“Hindistan qlobal ticarət gərginlikləri, tariflər, davam edən inflyasiya və geosiyasi qeyri-müəyyənliklər kimi çağırışlara baxmayaraq, cari maliyyə ilində7,4% ÜDM artımı ilə dünyanın ən sürətlə inkişaf edən əsas iqtisadiyyatlarından biri olaraq qalmaqdadır. Siyasi sabitlik, güclü daxili tələbat, vaxtında həyata keçirilən islahatlar, eləcə də xidmət və istehsal sektorlarının aparıcı rolu Hindistanı yüksək artım yolunda irəlilətməkdədir. Bu, təkcə bugünkü gücümüzü deyil, həm də inklüziv inkişaf vizyonumuzu simvolizə edir”, - səfir bildirib.
Diplomat deyib ki, Hindistan və Azərbaycan arasında dərin sivilizasiya və mədəni əlaqələr mövcuddur və bu əlaqələr 2025-ci ildə baş tutmuş bir sıra yüksək səviyyəli qarşılıqlı dəfərlər vasitəsilə daha da möhkəmlənib:
Hindistanın Baş Nəzarətçi və Auditoru İdarəsinin(CAG) nümayəndə heyəti 17–18 iyul 2025-ci iltarixlərində Asiya Ali Audit Qurumları Təşkilatının(ASOSAI) 62-ci İdarə Heyəti iclasında və ASOSAI–AROABOSAI (Ərəb Ali Audit Qurumları Təşkilatı) ilə ilk birgə iclasında iştirak etmək üçün Azərbaycana səfər edib.
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləriüzrə Müşavirənin (AQEM) sədri qismində Azərbaycan, AQEM-in Beyin Mərkəzləri Forumunun üzvü olan Hindistan Beynəlxalq Münasibətlər Şurasını 2026–2027-ci illər üçün AQEM-in Beyin Mərkəzləri Forumunun sədri təyin edib.
Hindistan il ərzində Azərbaycan tərəfindən ev sahibliyi edilən AQEM çərçivəsində müxtəlif tədbirlərdə iştirak edib. Bunlara fevral ayındaYüksək Vəzifəli Şəxslər Komitəsinin iclası, may ayında Biznes Şurasının Plenar Sessiyası və AQEM Biznes Forumu, sentyabr ayında Beyin Mərkəzləri Forumu və Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası, noyabr ayında isə AQEM Gənclər Şurası və əlaqədar tədbirlər daxildir.
İlin sonunda, Hindistanın Rabitə və Kənd T əsərrüfatının İnkişafı üzrə dövlət naziri Hindistan nümayəndə heyətinə rəhbərlik edərək 2025-ci ilin noyabrında Bakıda keçirilən ÜmumdünyaTelekommunikasiyanın İnkişafı Konfransında(WTDC-25) iştirak edib”.
İqtisadi tərəfdaşlığa toxunan səfir bildirib ki, stabil kursu qorunur: “2025-ci ildə ikitərəfli ticarət dövriyyəsi 400 milyon ABŞ dollarını keçib. Davamlı maliyyə əlaqələri Hindistanın aparıcı neft və qaz şirkəti olan ONGC Videsh Ltd-nin (OVL) “Azəri–Çıraq–Günəşli” (AÇG) neft-qaz yatağında və Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəməri şirkətində uzunmüddətli investisiyaları ilə daha da möhkəmlənib.
Hindistan və Azərbaycan arasında mədəni əlaqələr inkişaf etməkdə davam edir. Hind musiqisi, rəqsi və digər incəsənət növləri Azərbaycanda populyar olaraq qalır. Hindistan icma təşkilatlarının dəstəyi ilə biz orta hesabla ayda bir dəfə olmaqla çoxsaylı mədəni tədbirlər təşkil edirik və bu tədbirlərə yüzlərlə iştirakçı qatılır.
Xalqlararası əlaqələr Hindistan və Azərbaycan arasında birbaşa aviaəlaqələrin genişlənməsi sayəsində güclənib; qısa müddət ərzində reyslərin sayı 2023-cü ildə həftədə 3-dən 2024-cü ildə həftədə 14-ə yüksəlib. Hazırda isə tərəflər uçuşların sayının həftədə 42-yə çatdırılması barədə razılığa gəlib. Artan aviaəlaqələr ticarət münasibətlərimizin genişlənməsinə və xalqlararası təmasların güclənməsinə mühüm stimul verib”.
Sridharan Madhusudhanan vurğulayıb ki, Hindistan–Azərbaycan münasibətləri təhsil sahəsindəki mübadilələr vasitəsilə də möhkəmlənməkdədir. Hazırda Azərbaycanda təhsil alan təxminən 400 hindistanlı tələbə var. Bu cür mübadilələr gələcək əməkdaşlıq və qarşılıqlı inkişafüçün böyük imkanlar yaradır.
“Hindistanlılar haraya gedirsə, biz harada yaşayırıqsa, müxtəlifliyə hörmət edirik. Biz yerli mədəniyyət və ənənələrə uyğunlaşırıq. Azərbaycandakı fəal Hindistan icması iki ölkə xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynayan, birgəyaşayış və əməkdaşlığın canlı nümunəsidir”, - səfir söyləyib.
Pərvanə Sultanova