Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Pakistanın Hindistanın hərbi təcavüzünə qarşı"Bünya -ul-Marsus" kod adlı geniş miqyaslı hərbi əməliyyatlara start verdikdən sonra, Vaşinqtonun vasitəçiliyi ilə atəşkəs imzalandı.
Hindistan Pakistanın dəqiq cavab zərbələrini gözləmirdi. Həmçinin Pakistan baş naziri təhlükəsizlik şurasının iclasını keçirib, nüvə silahın
Hindistan Pakistanın aviasiya və raket -artilleriya zərbələrinin bu qədər genişmiqyaslı olacağını gözləmirdi".
Redaktor.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O, bildirib ki, Hindistandan fərqli olaraq Pakistan hərbiləşdirilmiş dövlətdir: "Bu ölkədə ordu siyasi hakimiyyətə nəzarət edir.
Bir növ ordu dövlət içində bir dövlətdir. Daima ordunun peşəkarlığı yüksək səviyyədə olur.
Amma, Hindistanda ordu siyasi hakimiyyətə tam tabe olaraq, siyasi proseslərden kənar bir subyektdir.