Hindistan və Pakistan sərhəd nəzarət xəttində yenidən atışma olub

26.04.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hindistan və Pakistan hərbçiləri arasında aprelin 25-dən 26-na keçən gecə Cammu və Kəşmir sərhəd nəzarət xəttində yenidən atışma olub.

Oxu.Az-ın xəbərinə görə, bu barədə PTI agentliyi ordudakı mənbəyə istinadən məlumat verib.

Ölən və yaralananlar barədə məlumat yoxdur. Sonuncu belə insident aprelin 24-dən 25-nə keçən gecə olub.

Xatırladaq ki, aprelin 22-də Cammu və Kəşmir bölgəsində terror aktı baş verib. Silahlı döyüşçülər Baysaran vadisində turistlərə avtomatlardan atəş açıblar. KİV-in məlumatına görə, insident nəticəsində 26 nəfər ölüb. Terror aktına görə məsuliyyəti Əfqanıstanın "Müqavimət cəbhəsi" qruplaşması öz üzərinə götürüb.

İnsident fonundan Pakistan və Hindistan arasında münasibətlər kəskinləşib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью