“Hindistan və Rusiya ilə münasibətlər qlobal sabitlik üçün vacibdir” Çin XİN

08.12.2025

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Çin, Hindistan və Rusiya arasında mehriban qonşuluq münasibətləri bu ölkələrin xalqlarının maraqlarına uyğundur, dünyada sülh və sabitliyə töhfə verir”.

525.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi sözçüsü Qo Çzyakun bildirib.

Rusiya prezidenti Vladimir Putinin ötən həftənin sonunda Hindistana səfərini şərh edən rəsmi deyib ki, Çin, Hindistan və Rusiya əsas inkişaf etməkdə olan iqtisadiyyatlara malikdirlər və Qlobal Cənubda mühüm oyunçulardır.

“Bu üç ölkə arasında mehriban qonşuluq münasibətlərinin saxlanılması təkcə onların xalqlarının maraqlarına cavab vermir, həm də regionda, bütün dünyada sülh, sabitlik və firavanlığa kömək edir”, - diplomat bildirib.

O, həmçinin Pekinin Dehli ilə dialoqu normallaşdırmağa və münasibətlərin davamlı inkişafı üçün Hindistanla strateji, uzunmüddətli perspektivdə işləməyə hazır olduğunu vurğulayıb.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью