Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Hindistanın Xarici İşlər Nazirliyi mətbuat katibi səviyyəsində yalan danışır.
Bunu Trend agentliyinə Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caysvalın guya rəsmi Dehlinin Azərbaycan ŞƏT-ə üzvlüyünü əngəlləmədiyi haqda aşıqlamasını şərh edən diplomatik mənbə bildirib.
Xatırladaq ki, Hindistan XİN nümayəndəsi Azərbaycanın ŞƏT-ə üzvlüyünün guya “vaxt məhdudiyyəti səbəbindən” qəbul olunmadığını iddia edib.
Mənbənin sözlərinə görə, Azərbaycanın ŞƏT-ə üzvlüyünü məhz Hindistan bloklayıb bu prosesdə dirijorluğu isə Rusiya edib.
“Azərbaycan və Ermənistanın ŞƏT-ə üzvlüyü məsələsi 4-5 ay idi müzakirə olunurdu və bu müzakirələr boyu Hindistan Azərbaycanın üzvlüyünə qarşı çıxıb.
Üzvlüyün əngəllənməsinin məhz Hindistanın təşəbbüsü olduğuna digər üzvlər də şahid olub.
Sadəcə indi Dehli Rusiyanın pərdəarxası iştirakı ilə atdığı bu addımın çoxtərəfli diplomatiya prinsiplərinə və “Şanxay Ruhu”na zidd olduğunu, həmçinin, bu prinsiplərdən çıxış edən və ŞƏT-in genişlənməsinə çalışan Çinə qarşı da hörmətsizlik kimi qəbul olunduğunu anladığından, məsuliyyətdən yaxa qurtarmağa çalışır.