Hindistana 40 saatlıq reys: ABŞ dan deportasiya edilənlər uçuş boyu qandalda saxlanıldı | …
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ-dan Hindistana həyata keçirilən 40 saatlıq deportasiya reysində 104 nəfər əl və ayaq qandalları ilə saxlanılıb. Bu barədə CNN yazır.
23 yaşlı Akaşdip Sinqh digər 103 deportasiya olunan şəxslə birlikdə Hindistana çatdığını və uçuşdan əvvəl onların əllərinin qandallanıb, topuqlarının isə zəncirlərlə bağlandığını bildirib.
"Əllərimiz qandallı, ayaqlarımız isə zəncirlə bağlanmışdı,” – deyə Sinqh qeyd edib.
O, həmçinin tualetə getmək və ya yemək yeyərkən qandalların açılması üçün edilən müraciətlərin qulaqardına vurulduğunu bildirib.
"Onların bizə necə baxdıqlarını heç vaxt unutmayacağam... Tualetə də qandallarla gedirdik. Enməyə az qalmış qadınların qandallarını açdılar.
Biz bunu gördük. Bizimkiləri isə yerli polis əməkdaşları enişdən sonra çıxardı”, – deyə Sinqh əlavə edib.
35 yaşlı Sükpal Sinqh isə qandalların uçuş boyunca, hətta Sakit okeandakı Quam adasında yanacaq doldurma zamanı da çıxarılmadığını bildirib.
Tam oxu
Xəbəri oxu