Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Hindistan Hərbi Hava Qüvvələrinə məxsus səsdənsürətli "Jaguar" qırıcısı Pakistan sərhədinə yaxın ərazidə qəzaya uğrayıb.
Oxu.Az-ın "Mathrubhumi" nəşrinə istinadla verdiyi məlumata görə, hadisə Racastan ştatının Çuru bölgəsində baş verib.
Qəzanın iki ölkə arasında münaqişə ilə əlaqəsi olmadığı xüsusi vurğulanıb.
İnsidentdən dərhal sonra qəza yerinə polis əməkdaşları göndəriliblər. Qəzanın səbəbi hələlik məlum deyil.
Hindistan Müdafiə Nazirliyi yaxın günlərdə hadisəni araşdırmaq üçün xüsusi komissiya yaradacağını bildirib.