Hindistanda 6 nəfərin olduğu helikopter yoxa çıxıb

30.10.2026

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Hindistanın şimalında göyərtəsində altı nəfərin olduğu helikopter yoxa çıxıb.

Bakıvaxtı.az "The Independent"ə istinadən xəbər verir ki, 5 sərnişin və 1 pilot daşıyan vertolyotun "Trans Bharat Aviation" şirkətinə məxsus olduğu müəyyən edilib. 

Helikopter Badrinatdan Dehradun şəhərinə gedirmiş.Helikopterlə əlaqə Coşimat yaxınlığında kəsilib.

Hadisə ilə bağlı axtarış-xilasetmə əməliyyatı başlanıb. 

Güclü yağışlar və zəif görünürlük xilasedicilərin işini çətinləşdirir.

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью