Hindistanda 65 ibtidai məktəb şagirdi nahardan zəhərləndi

06.04.2025

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hindistanın Çhattisqarh əyalətində 65 ibtidai məktəb şagirdi içərisində ölü kərtənkələ olan nahardan zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Milli.Az xəbər verir ki, yerli mətbuatda yayılan xəbərlərə görə, şagirdlərdən biri nahar zamanı boşqabında ölü kərtənkələ görüb.

Bundan sonra bütün şagirdlərə yeməyi dayandırmaqla bağlı göstəriş verilib.

Yeməkdən yeyən 65 şagirddə ürəkbulanma, mədə ağrısı və qusma şikayətləri müşahidə olunub.

Simptomların olduğu bütün tələbələr xəstəxanaya yerləşdirilib. Artıq vəziyyəti stabilləşən bir neçə şagirdin ambulator müalicə üçün evə buraxıldığı bildirilir.

Hadisə ilə bağlı araşdırma başladılıb. /APA
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью