Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Dünən axşam saatlarında Maharaştra ştatının qərbində, Ərəb dənizində 16 yaşlı 8 məktəbli dənizdə çimərkən batıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsi məlumat yayıb.
Puna şəhərindəki "Winners Academy" məktəbinin 50-ə yaxın şagirdi 6 müəllimin müşayiəti ilə dəniz sahilinə ekskursiyaya çıxıblar. Şagirdlərdən bir neçəsi Diveaqar çimərliyində suya girib. 11-12-ci sinif şagirdləri olan 8 məktəbli boğulub.
Qeyd edək ki, faktla bağlı araşdırmalara başlanılıb. İlkin ehtimallara görə güclü axın məktəbliləri sahildən uzaqlaşdırıb və ölümlərinə səbəb olub.
L.Tağıyeva