Hindistanda ağır qəza 15 ölü, 30 dan çox yaralı

19.10.2026

525.az saytına istinadən Icma.az xəbər verir.

Hindistanın Madhya Pradeş ştatında ağır yol qəzası baş verib.

525.az Hindistan mətbuatına istinadən xəbər verir ki, sürücü yük maşınını Şitala Mata Məbədi yaxınlığında toplaşan insanların üzərinə sürüb.

Polis qəzada 15 nəfərin öldüyünü, 30-dan çox insanın yaralandığını açıqlanıb. Bildirilib ki, yük maşını əvvəlcə yoldakı dayanacaqlara dəyib, daha sonra sonra insanların üzərinə doğru irəliləyib, yekunda isə məbədin giriş qapısına çırpılıb və nəticədə divarın bir hissəsi uçub.

İstintaq çərçivəsində iki nəfər saxlanılıb.

İlkin araşdırmalara görə, qəzanın mexaniki nasazlıq səbəbindən baş verdiyi və sürücünün idarəetməni itirdiyi ehtimal olunur.

İbrahim Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью