Hindistanda arı sürüsü təyyarəni zəbt etdi, uçuş ləngidi Video

09.07.2025

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hindistandaarı sürüsü təyyarənin gövdəsini örtərək uçuşu gecikdirib.

“Qafqazinfo”bu barədə “Gazeta. ru”ya istinadən xəbər verir. 

Məlumata görə, Suratdan Caypura gedən “IndiGo” reysi insidentə görə azı 50 dəqiqəgecikib. 

Beləki, aviaşirkətin baqaj yükləyən əməkdaşları təyyarənin yük anbarının qapısı ətrafında dövrə vuran arıları görüblər və dərhal aviaşirkət və hava limanının əməkdaşlarınaxəbərdarlıq ediblər.

Hadisə yerinə gələn yanğınsöndürmə briqadası arıları uzaqlaşdırmaq üçün yanğınsöndürənmaşından gələn su axınından istifadə edib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Görüntüləri təqdim edirik:

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью