Hindistanda bəbir evə girdi: 6 yaralı

05.10.2026

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Hindistanın Çhattisqarh əyalətinin Mahasamund rayonunda evə girən bəbir altı nəfəri yaralayıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Times of India" qəzeti məlumat yayıb.

Nəşr bildirib ki, bəbir ailənin altı üzvünə hücum edib.

Ailə üzvləri onu otaqlardan birində kilidləməyi bacarıblar. Hadisə yerinə gələn polis, meşə təsərrüfatı işçiləri və xilasedicilər bəbiri yuxuya verib və evdən çıxarıblar.

Yaralıların hamısı xəstəxanaya yerləşdirilib, onlardan üçünün vəziyyəti ağırdır.

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью