Hindistanda bəbir mağazaya hücum etdi

21.07.2026

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hindistanda yaşayış məntəqəsinə enən bəbir daxil olduğu spirtli içki mağazasında 25 yaşlı əməkdaş Sancay Qurcara hücum edib.

"Cebheinfo.az" xəbər verir ki, təhlükəsizlik kamerasına düşən görüntülərdə vəhşi heyvanın mağazaya daxil olan kimi gəncin üzərinə atıldığı görünür.

Hücum zamanı bəbirlə qısa müddət mübarizə aparan Sancay Qurcar heyvanı itələyərək onun əlindən xilas olub və piştaxtanın arxasına sığınıb.

Böyük təşviş yaşayan mağaza əməkdaşı daha sonra piştaxtanın üzərindən tullanaraq mağazanı tərk etməyə nail olub.

İçəridə qalan bəbir mağazada gəzərək qutuları aşırıb, şüşələri sındırıb, daha sonra isə piştaxtanın altında gizlənib.

Çölə çıxan Sancay Qurcar vəhşi heyvanın mağazadan çıxmasının qarşısını almaq üçün jalüz qapını endirərək onu içəridə qoyub.

Səlahiyyətli qurumların məlumatına görə, təxminən 5 yaşlı erkək bəbir həmin gün səhər saatlarında meşəlik ərazidən yaşayış məntəqəsinə enib.

Mağazaya girməzdən əvvəl 40 yaşlı bir nəfərə hücum edən bəbirin bundan əvvəl isə meşə könüllüsünə xəsarət yetirdiyi bildirilib. 

Beləliklə, vəhşi heyvanın eyni gündə üç nəfəri yaraladığı açıqlanıb."The Sun" qəzetinin məlumatına görə, hücum nəticəsində Sancay Qurcarın əlindən, çiynindən və burnundan xəsarətlər aldığı, digər iki nəfərin də müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilib.

Hadisədən sonra polis mağazanın ətrafında təxminən 500 metrlik təhlükəsizlik zonası yaradıb, ərazidə yerləşən əsas bazar isə ehtiyat tədbiri olaraq müvəqqəti bağlanıb.

Təxminən beş saat davam edən əməliyyatdan sonra vəhşi təbiətin mühafizəsi üzrə mütəxəssislər bəbiri bir ədəd sakitləşdirici iynə vasitəsilə zərərsizləşdirərək ələ keçiriblər.

Əfsanə
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью