Hindistanda bu il 3,15 milyondan çox nəqliyyat vasitəsi istehsal olunub

21.09.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Hindistan 2026-cı ilin avqust ayında 3,1 milyondan çox avtomobil istehsal edib.

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bununla bağlı Hindistan Avtomobil İstehsalçıları Cəmiyyəti (SIAM) hesabat yayıb.

Hesabata görə, sərnişin nəqliyyat vasitələrinin satışları 2025-ci ilin avqust ayında 321.900 ədəddən 36,5% artaraq 439 300 ədədə çatıb. Üçtəkərli nəqliyyat vasitələrinin satışları 22,8% artaraq 76 300 ədəddən 93.700 ədədə çatıb. İkitəkərli nəqliyyat vasitələrinin satışları 10,5% artaraq 2 milyon ədədi keçib. 

SIAM-ın baş direktoru Rajeş Menon bildirib ki, ümumi tələbat isə sabit qalır. Yüksək istehlakçı inamı, dayanıqlı kənd bazarları, maliyyələşdirmə şərtlərinin yaxşılaşdırılması və alternativ güc ötürücülərinin tətbiqinin sürətləndirilməsi bütün nəqliyyat vasitələri kateqoriyaları üzrə əlverişli ekosistem yaradır.

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью