Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Cənubi Hindistanın Kerala ştatında davam edən güclü yağışlar daşqın və torpaq sürüşmələri ilə nəticələnir.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, 1 avqustdan etibarən daşqın və torpaq sürüşmələrində 26 nəfər ölüb, 11 nəfər yaralanıb, 4 nəfər itkin düşüb.
27048 nəfər 462 sığınacağa yerləşdirilib.
Həmçinin 1882 hektar kənd təsərrüfatı sahəsi ziyan görüb.
Bir çox evin su altında qaldığı bölgədə daşqın suları hələ də çəkilməyib.
İbrahim Cəfərov