Hindistanda daşqınlar: Ölənlərin sayı 78 ə çatıb

30.07.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Hindistanın şimal-şərqində yerləşən Assam ştatında tüğyan edən şiddətli daşqınlar nəticəsində həlak olanların sayı 78 nəfərə yüksəlib. XQ bildirir ki, məlumatı ştatın fövqəladə hallar idarəsinə istinadən Hindistan KİV-ləri yayıb.

Bildirilib ki, fəlakət zonasında 300 mindən çox sakin çətin şəraitdə qalmaqdadır. Su basması nəticəsində 551 yaşayış məntəqəsi subasma zonasında qalıb. Ən kəskin vəziyyət isə 137 mindən çox insanın təbii fəlakətdən ciddi zərər çəkdiyi Çaraydeo dairəsində müşahid olunur.

Məlumata görə, daşqınlar avtomobil yollarına, yaşayış binalarına, təhsil müəssisələrinə və digər mühüm infrastruktur obyektlərinə ciddi ziyan vurub. Ərazidə xilasetmə və yardım tədbirləri davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью