Hindistanda daşqınlarda 4 nəfər ölüb, 50 dən çox insan itkin düşüb

05.08.2025

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Hindistanın Uttarakhand ştatında sel və torpaq sürüşmələri 4 nəfərin həyatına son qoyub, 50-dən çox insan itkin düşüb.

APA Hindistan mediasına istinadən xəbər verir ki, ştatın Uttarkaşi əyalətində baş verən daşqınlarda evlər və bir neçə otel dağılıb.

Xilasedicilər daşqından əziyyət çəkən bölgələrdə axtarışlar aparır.

Yerli media ölü sayının artacağını istisna etmir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью