Hindistanda dəhşətli ayı hücumu: iki bacı qardaş öldü

06.08.2026

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, hadisə zamanı iki bacı-qardaş həyatını itirib, bir nəfər isə ağır yaralanıb.

Yerli medianın məlumatına görə, hadisə Narharpur meşə ərazisinə yaxın kəndlərdən birində baş verib. Bildirilir ki, tarlada işləyən bacı-qardaş qəfil ayının hücumuna məruz qalıb. Onlar aldıqları ağır xəsarətlər nəticəsində hadisə yerində ölüblər.

Hücum zamanı zərərçəkənlərə kömək etmək istəyən daha bir şəxs də ayının hücumuna məruz qalaraq ağır yaralanıb.

Məlumata görə, ayı hadisədən sonra ölən şəxslərin cəsədlərinin yanından uzaqlaşmayıb. Bu səbəbdən xilasedicilərin və aidiyyəti qurumların əraziyə müdaxiləsi çətinləşib.

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью