Hindistanda dini bayramda səhnə çökdü Altı nəfər öldü

28.01.2025

Icma.az, Sfera.az portalına istinadən məlumat yayır.

Hindistanın Uttar-Pradeş mərkəzi ştatında keçirilən dini bayramda müvəqqəti səhnənin çökməsi nəticəsində 6 nəfər ölüb, 50-dən çox insan yaralanıb.

Sfera.az xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

Məlumata görə, bambukdan hazırlanmış platforma məbədlərdən birinin yaxınlığında quraşdırılıb. Yüzlərlə insan platformaya çıxıb və nəticədə konstruksiya çöküb. Hadisə yerində təşviş yaranıb.

Bildirilib ki, xəsarət alanlar arasında polis əməkdaşları da var. Yaralılar xəstəxanalara yerləşdirilib.

Ştatın Baş naziri Yogi Aditonath hadisə ilə bağlı araşdırma aparılmasına göstəriş verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью