Hindistanda dini festival zamanı 6 nəfər öldü

03.05.2025

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Hindistanın cənub-qərbində yerləşən Goa ştatında yerləşən məbəddə keçirilən dini festival zamanı yaranan izdiham nəticəsində azı 6 nəfər həyatını itirib, 30-dan çox insan yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Polisin verdiyi açıqlamada bildirilib ki, izdiham Goa ştatının Shirgao bölgəsində yerləşən Sree Lairai Devi məbədində baş verib. Yaralanan 10 nəfərin vəziyyətinin kritik olduğu və yerli xəstəxanada müalicə aldıqları qeyd olunub.

Baş nazir Narendra Modi həlak olanlarla bağlı başsağlığı verib.

Rəsmilər insidentin səbəbi ilə bağlı istintaqın başlanacağını bildiriblər.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью