Hindistanda dini mərasimdə qəza baş verib

28.01.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.


Hindistanda dini mərasimdə qəza baş verib.
APA xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 6 nəfər ölüb, 50-dən çox şəxsin yaralandığı bildirilir.
Qəza Uttar Pradeş əyalətində dini mərasim üçün quraşdırılan taxta konstruksiyanın insanların üzərinə aşması nəticəsində qeydə alınıb.
Hindistan rəsmilərinin məlumatına görə hadisənin qəsdən törədilməsi faktı istisna olunmur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью