Icma.az, Banco.az portalına istinadən məlumat yayır.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Hindistanda düyü ixracına 30 faizlik vergi tətbiqi gündəmdədir.
Banco.az xəbər verir ki, Hindistan hökuməti daxili bazarda təklifi artırmaq və qiymətlərin kəskin yüksəlməsinin qarşısını almaq məqsədilə basmati düyüsü istisna olmaqla, digər düyü növlərinin ixracına 30 faizlik vergi tətbiq edilməsi təklifini nəzərdən keçirir.
“Financial Express”ə məlumat verən mənbələr bu məhsullar üçün minimum ixrac qiymətinin müəyyənləşdirilməsi ilə bağlı müzakirələrin də davam etdiyini bildiriblər. “El Nino”nun təsiri ilə musson mövsümünün kharif əkin dövründə istehsalın azalacağı gözlənilir. Bu arada pərakəndə satış qiymətləri yüksəlməkdə davam edir.
“Bloomberg”in xəbərinə görə, gündəmdə olan məhdudiyyətlərin qısa müddətli olması gözlənilir. 2023-cü ilin avqustunda tətbiq edilən ixrac qadağası və minimum ixrac qiyməti tədbirləri isə 14 ay davam etmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!