Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Hindistanın qərbində yerləşən Racastan ştatının Çuru rayonunda yol tikintisi zamanı bədbəxt hadisə baş verib. Bu barədə "The Times of India" qəzeti məlumat yayıb. Nəşr xəbər verir ki, çınqılqarışdıran maşının yüksəkgərginlikli elektrik xəttinə toxunması nəticəsində 8 nəfər həyatını itirib, bir neçə nəfər isə yaralanıb. Polis bildirib ki, həlak olanların hamısı yol tikintisində çalışan fəhlələrdir. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Hadisə ilə bağlı polis və prokurorluq tərəfindən araşdırmalara başlanılıb.
XQ