Hindistanda fabrikdə partlayış 11 ölü

01.09.2026

525.az saytına istinadən Icma.az xəbər verir.

Hindistanda Uttar Pradeş ştatının Kauşambi bölgəsindəki fişəng fabrikində partlayış baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayışdan sonra xəstəxanada uşaqlar da daxil olmaqla 11 nəfər həyatını itirib. Ölənlərin əksəri fabrikin yaxınlığında yaşayanlar olub.

Daha 5 yaralı isə xəstəxanada müalicə alır.

Partlayışla bağlı araşdırma aparılır.

İbrahim Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью