Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Hindistanın şimalındakı Uttar-Pradeş ştatında 60 saat fasiləsiz yağışlar səbəbindən 50-dən şəxs ölüb.
Axar.az xəbər verir ki, bu barədə “Tayms of İndia” məlumat yayıb.
Məlumata görə, yağışlar nəticəsində azı 56 nəfər həlak olub, 46 nəfər xəsarət alıb. 1000-dən çox evin dağıldığı bildirilir.
Əlverişsiz hava şəraiti həmçinin mal-qaranın tələf olmasına və məhsula ziyan dəyməsinə səbəb olub.