Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Hindistanın Maharaştra ştatının Mumbay şəhərində güclü yağışların yaratdığı torpaq sürüşməsində 6 nəfər ölüb, 4 nəfər isə yaralanıb.
525.az xəbər verir ki, bu barədə Hindistanın NDTV kanalı məlumat yayıb.
Ərazidə axtarış-xilasetmə əməliyyatları davam edir.
Qeyd edək ki, iyun-sentyabr ayları arasında Cənubi Asiyada təsirli olan musson yağışları hər il bölgədə, xüsusən də Hindistan və Pakistanda genişmiqyaslı təbii fəlakətlərə və qəzalara səbəb olur.
İbrahim Cəfərov