Hindistanda hamilə qadın və əri ağacdan asılmış vəziyyətdə tapılıb

20.07.2026

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Hindistanın Uttarakhand ştatında meşəlik ərazidə gənc ailənin meyitləri ağacdan asılmış vəziyyətdə aşkarlanıb.

Sherg.az xəbər verir ki, məlumata görə, cəmi altı ay əvvəl evlənən cütlük mobil telefon təmiri üçün yola düşdükdən sonra itkin düşüb. Ertəsi gün onların meyitləri yaşadıqları ərazidən təxminən 30 kilometr aralıda tapılıb.

Qadının atası qızının hamilə olduğunu, əvvəlcə bir qrup şəxs tərəfindən zorlandığını, daha sonra isə həyat yoldaşı ilə birlikdə qətlə yetirilərək ağacdan asıldığını iddia edib.

Polis isə bu iddiaları təsdiqləməyib və hadisə ilə bağlı araşdırmaların davam etdiyini bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью