Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Hindistanın Cammu və Kəşmir bölgəsində ağır qəza baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hərbi maşını idarəetməni itirərək təxminən 60 metr hündürlükdən dərəyə düşüb.
Hindistan ordusunun 10 əsgəri hadisə yerində ölüb, 10 əsgər isə yaralı vəziyyətdə xilas edilib. Onlardan üçünün vəziyyəti ağırdır.
Hindistanın müdafiə naziri Rajnath Singh sosial media hesabında etdiyi paylaşımda ölən əsgərlərin ailələrinə dərin hüznlə başsağlığı verib:
“Yaralı əsgərlərə tibbi yardım göstərilir və onların mümkün olan ən yaxşı müalicəni almasını təmin etmək üçün bütün lazımi təlimatlar verilib. Millətimiz bu çətin dövrdə silahlı qüvvələrimizin yanındadır”.
İbrahim Cəfərov