Icma.az, 525.az portalına istinadən məlumat yayır.
Quavahati şəhərindəki "Bilas Inn" hotelində naməlum şəxs odlu silahdan insanlara atəş açıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 5 nəfər dünyasını dəyişib, 1 nəfər ağır yaralanıb.
Olay dünən axşam saatlarında baş verib. Qeydiyyat masasına yaxınlaşan cani orada dayananları güllələyib. 4 nəfər hadisə yeridə, 1 nəfər isə xəstəxanada keçinib. Ölənlərdən dördünün bir ailənin üzvü olduğu bildirilir.
Hadisədən 1 saat sonra polis cinayətları yaxalaya bilib. Ondan cinayətdə istifadə etdiyi odlu silah götürülüb.
Qeyd edək ki, saxlanılan Qhanakanta Qoqoy hoteldə icarədar imiş və hotel sahibi ilə aralarında müqavilə şərtləri ilə bağlı narazılıq yaranıbmış. Cinayətin də məhz bu üzdən törədildiyi bildirilir.
L.Tağıyeva