525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Odişa ştatında tibbdə nadir hallarda rast gəlinən iki başlı körpə doğulub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, vaxtından əvvəl - 32 həftəliyində dünyaya gələn və 2,25 kq çəkisi olan oğlan Berhampur şəhər xəstəxanasında küvəzə yerləşdirilib.
Həkimlərin fikrincə, bu cür hallar disefaliya - rüşeymin inkişafı zamanı baş verən genetik-embrioloji pozuntu nəticəsində yaranır.
Qeyd edək ki, belə körpələri həyatda saxlamaq çətin olur və onların yaşaması daxili orqanların sağlamlığından çox asılıdır.
L.Tağıyeva