Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Hindistanın Tamilnad ştatında güclü musson yağışları zamanı ildırım vurması nəticəsində azı 14 nəfər həlak olub, 62 torpaq sürüşməsi qeydə alınıb.
XQ xəbər verir ki, bu barədə “PTI” agentliyi məlumat yayıb.
Yağışlar yaşayış evlərinin və kənd təsərrüfatı sahələrinin su altında qalmasına səbəb olub. Təhlükəli hava şəraiti ilə əlaqədar dağlıq ərazilərə səfərlər məhdudlaşdırılıb.