Hindistanda inflyasiya rekord həddə çatıb

14.11.2024

Icma.az, Banco.az portalına istinadən məlumat verir.

Müəllif:Ayşən İmanova/Banco.az

Oktyabrın sonunda Hindistanda inflyasiya illik 6,21% təşkil edib.

Banco.az xəbər verir ki, bu, 2023-cü ilin avqustundan bəri ən yüksək göstəricidir.

Ölkədə istehlak qiymətlərinin artım tempi konsensus proqnozunu xeyli üstələyib. Analitiklər inflyasiyanın 5,81%-ə qədər sürətlənəcəyini gözləyirdilər.

Ən sərfəli kredit üçün müraciət et

Cari göstəricilər Hindistan Ehtiyat Bankının (RBI) hədəflədiyi dəyərdən nəzərəçarpacaq dərəcədə yüksəkdir. Tənzimləyicinin inflyasiya hədəfi illik 4% təşkil edir.

Yayda ölkədə istehlak qiymətlərinin artımı ardıcıl olaraq iki ay 4%-dən aşağı qalıb. Belə ki, iyulda inflyasiya illik 3,6%, avqustda isə 3,65% təşkil edib. Bundan əvvəl, göstərici son dəfə Covid 2019-dan əvvəl belə aşağı səviyyədə olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью