Hindistanda keçmiş baş nazirin ölümü ilə bağlı 7 günlük matəm elan edilib

27.12.2024

Operativ MM saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hindistan hakimiyyəti ölkənin keçmiş baş naziri Manmohan Sinqhin vəfatı ilə əlaqədar 7 günlük matəm elan etmək qərarına gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Hindistanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Vəfat etmiş hörmətli şəxsə ehtiram əlaməti olaraq 26 dekabr 2024-cü ildən 2025-ci il yanvarın 1-dək Hindistanda yeddi günlük dövlət matəm elan edilməsi qərara alınıb. Bu müddət ərzində milli bayraq bütün Hindistanda yarıya qədər endiriləcək”, - deyə nazirlikdən bildirilib.

Səlahiyyətlilər dövlət dəfn mərasiminin keçirilməsinə də qərar verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью