525.az saytına istinadən Icma.az xəbər verir.
Hindistanın Uttarakhand əyalətində daşqın nəticəsində körpü uçub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Çamoli bölgəsində güclü yağış daşqınlara səbəb olub.
Körpünün uçma anı həvəskar kameralara düşüb. İnsanlar vahimə içində hadisə yerindən qaçıblar. Körpünün uçması ilə bölgədəki 15-dən çox kəndlə əlaqə kəsilib.
Əraziyə təcili yardım qrupları göndərilib.
İbrahim Cəfərov