Hindistanda leysan yağışlar nəticəsində 56 nəfər ölüb

27.09.2026

Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Güclü yağışlar Hindistanın şimalındakı Uttar-Pradeş ştatında sentyabrın 25-26-da azı 56 nəfərin ölümünə, daha 46 nəfərin isə xəsarət almasına səbəb olub.

Bu barədə "The Times of India” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, ölənlərdən 7-si Sitapur şəhərinin, 5-i isə Lakximpur-Xeri, Bahraich və Balrampur şəhərlərinin sakinləri olub. Ayodhya və Goraxpur şəhərlərinin hər birində isə 4 nəfər həyatını itirib.

Güclü yağışlar səbəbindən ştatda 1 000-dən çox ev dağılıb. Əlverişsiz hava şəraiti mal-qaranın tələf olmasına və əkin sahələrinə ziyan dəyməsinə də səbəb olub. Uttar-Pradeşin əksər rayonlarında yağıntının həcmi normanın 775 faizini təşkil edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью