Hindistanda maoist silahlıların lideri öldürüldü

21.05.2025

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hindistan təhlükəsizlik qüvvələri Maoist Hindistan Kommunist Partiyasının lideri Basava Radjunu və təşkilatın daha azı 27 üzvünü zərərsizləşdirib.

BAKU.WS xəbər verir ki, bu barədə "Indian Express" qəzeti yazıb.

Hadisə Hindistanın mərkəzində yerləşən Çxattisqarh ştatında baş verib. Əməliyyatı Rayon Ehtiyat Qrupu (DRG) adlı xüsusi təyinatlı qüvvələrin döyüşçüləri həyata keçirib.

Qəzet yazır ki, əməliyyat Radjunun Narayanpur, Dantevada, Bijapur və Kondaqaon bölgələrində gizləndiyi barədə məlumatlar əsasında planlaşdırılıb.

Hindistan Kommunist Partiyası (maoistlər) ölkədə mübarizə aparan silahlı təşkilatdır. Onların məqsədi "yarı-kolonial və yarı-feodal Hindistan dövlətini" xalq müharibəsi yolu ilə devirməkdir. Bu təşkilat Hindistan ərazisində terrorçu təşkilat kimi tanınıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью