Hindistanda məbəddə izdiham: Ölənlər var

17.08.2026

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Hindistanın Bihar ştatında bir məbəddə baş verən izdiham nəticəsində 7 nəfər həyatını itirib, çox sayda insan yaralanıb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Asian News International” (ANI) məlumat yayıb.

Hadisənin məbədin yaxınlığında elektrik dirəyinin aşması ilə bağlı yaranan panika nəticəsində baş verdiyi bildirilir.

Ştat rəhbərliyinin açıqlamasında hadisə zamanı 7 nəfərin öldüyü qeyd olunub. Yaralanan şəxslər müalicə olunmaq üçün ətrafdakı xəstəxanalara yerləşdirilib.

Hadisədən sonra ərazidə təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bildirilib.

Hadisə ilə bağlı araşdırma davam edir.

Əfsanə
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью