Hindistanda məktəbin damının uçub 6 uşaq həlak olub

25.07.2025

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hindistanın Racastan ştatında məktəbin damının uçması nəticəsində azı 6 uşaq həlak olub, daha 27 nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə NDTV telekanalı yerli hakimiyyətə istinadən məlumat yayıb.

"Hazırda Racastan ştatında köhnə məktəb binasının uçması nəticəsində baş verən faciəli qəzada altı uşağın həlak olması təsdiqlənib", - nəşrdə qeyd olunub.

Xilasedicilər dağıntıları təmizləməyə davam edirlər. İki nəfərin vəziyyəti kritikdir.

Hadisə zamanı məktəbdə təxminən 60-70 uşaq olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью