Hindistanda meymunun su quyusuna atdığı körpə sağ qaldı

24.01.2026

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hindistanda meymunun qaçırıb su quyusuna atdığı körpə qız möcüzə nəticəsində sağ qalıb.

Moderator.az xəbər verir ki, bu barədə "Times of India" nəşri məlumat yayıb.

Məlumata görə, hadisə ana körpəsi ilə eyvanda oturarkən baş verib. Meymun qəfildən uşağı tutub, damın üstünə çıxıb və onu açıq quyuya atıb.

Ətrafdakı insanların dərhal reaksiyası nəticəsində uşağı vedrə ilə quyudan çıxarıblar. Körpə bir az su udsa da, boğulmayıb.

Hadisə yerinə gələn tibb bacısının müdaxiləsindən sonra qız ağlamağa və nəfəs almağa başlayıb.

(oxu.az)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью