Hindistanda nəhəng balıq TUTULDU

07.09.2026

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Hindistanın Andhra Pradeş ştatında balıqçı 15 kiloqram ağırlığında nəhəng rohu sazanı tutub.

Redaktor.az bu haqda  "The Times of India"ya istinadla məlumat verir.

Konguvarigudem kəndindən olan Sattibabu adlı balıqçı Şri Karatam Krişnamurti Yerra Kalva su anbarında böyük balıq tutub. Yerli sakinlər bildiriblər ki, ərazidə son 50 ildə bu ölçüdə sazan balığına rast gəlinməyib.

Balıq daha sonra bazarda hərraca çıxarılıb və 10 min rupiyə satılıb. Alıcının balığı götürmək üçün 40 kilometr yol qət etdiyi bildirilib.

Rayonun balıqçılıq idarəsinin direktor müavini qeyd edib ki, rohu sazanlarının bu qədər böyük çəkiyə çatması nadir haldır. Belə iri balıqları çubuq və ya torla tutmaq da kifayət qədər çətindir.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью