Hindistanda ölümcül Nipah virusu həyəcanı: Asiya ölkələri yüksək hazırlıq vəziyyətində...

02.02.2026

Sitat.info saytına istinadən Icma.az xəbər verir.

Hindistanda ölümcül Nipah virusu epidemiyasının ortaya çıxması Asiyanın bir çox ölkəsində ciddi narahatlıq yaradıb.

Sitat.info xəbər verir ki, insanlar arasında ölüm göstəricisi 40–75 faiz arasında dəyişən virusun yayılması səbəbilə bölgədə yüksək hazırlıq vəziyyətinə keçilib.

Bu ay Hindistanın Qərbi Benqal ştatında ən azı iki nəfərin Nipah virusu səbəbilə həyatını itirməsindən sonra Tailand, Malayziya və Sinqapur kimi ölkələr yeni skrininq və test tədbirləri tətbiq etməyə başlayıb.

Nipah virusu heyvanlardan insanlara keçə bilən zoonotik viruslar qrupuna daxildir. İlk dəfə 1998-ci ildə Malayziyada qeydə alınan virusun əsasən üç yoluxma yolu mövcuddur.

Birinci yoluxma yolu yoluxmuş yarasaların tüpürcəyi, sidiyi və ya nəcisilə birbaşa təmas nəticəsində baş verir. İkinci yol isə yarasaların bədən mayeləri ilə çirklənmiş xurma şirəsi kimi qida məhsullarının istehlakı zamanı baş verir.

Üçüncü və daha nadir rast gəlinən yoluxma yolu isə xəstə şəxslə yaxın təmas — məsələn, ona qulluq edilməsi zamanı virusun insandan insana keçməsidir.

Tehran,

Sitat.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью