Icma.az, Dogru.az portalına istinadən məlumatı açıqlayır.
Hindistan hakimiyyəti ölkədə ölümcül hesab edilən Nipah virusunun yayılmasının qarşısını almaq üçün mübarizəni gücləndirib.
Doğru.az xəbər verir ki, bu barədə “The Independent” qəzeti məlumat yayıb.
Məlumata görə, həkimlər və tibb bacıları da daxil olmaqla beş nəfərdə Nipah virusuna yoluxma təsdiqləndikdən sonra hökumət tərəfindən operativ tədbirlər görülməyə başlanılıb. Yoluxan şəxslərdən birinin vəziyyətinin ağır olduğu bildirilir.
Hesabatda qeyd olunur ki, mümkün yoluxma riskinə görə təxminən 100 nəfər özünütəcrid rejiminə keçib və onların səhhəti nəzarətdə saxlanılır.
Xatırladaq ki, daha əvvəl Rusiyanın əməkdar həkimi, Domodedovo Xəstəxanasının baş həkimi Andrey Osipov Nipah virusunun təhlükəliliyi barədə açıqlama vermişdi. Bundan başqa, 2021-ci ildə Rospotrebnadzor rəhbəri Anna Popova IV Regional Sosial İnnovasiya Forumunda Nipah virusunun aşkarlanması üçün PCR testinin mövcud olduğunu bildirmişdi.
DOĞRU.AZ