525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Hindistanın Qərbi Benqal əyalətinin Kalkutta şəhərindəki oteldə naməlum səbəbdən yanğın baş verib.
525.az "India Today" qəzetinə istinadən xəbər verir ki, yanğın zamanı 50-dən çox insan təxliyə edilib, 9 nəfər ölüb, 6 nəfər isə yaralanıb.
Ölənlərin şəhərə tibbi turizm məqsədilə gələn Banqladeş vətəndaşları olduğu bildirilib.
İbrahim Cəfərov