Hindistanda pələng hücumu nəticəsində gənc ölüb

26.08.2025

Icma.az, Dogru.az portalına istinadən məlumatı açıqlayır.

Doğru.az xəbər verir ki, Hindistanın Sitapur rayonunda pələng insanı hücum edərək ölümcül nəticəyə səbəb olub.

The Times of India-nın məlumatına görə, avqustun 23-də 21 yaşlı Saurabh Dixit Narni Katighara kəndində ailəsinin şəkər plantasiyasında işləyərkən pələngin hücumuna məruz qalıb. Başından, döş qəfəsindən və nəfəs borusundan ağır yaralanan gənc sol ayağını itirib və hadisə yerində dünyasını dəyişib.

Hücum yerli tibb mərkəzindən cəmi 200 metr aralıda baş verib. Pələngin Xeri meşə silsiləsindəki qoruqdan hücum yerinə qədər təxminən 8 km məsafə qət etdiyi güman edilir.

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью