Hindistanda pələng yatmış qadını öldürdü

03.08.2026

Icma.az bildirir, 525.az portalına istinadən.

Madhya-Pradeş ştatında pələngin yatmış qadına hücumu faciə ilə nəticələnib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən Kanha Milli Parkı yaxınlığındakı  Parrapur-Bayqatola kəndində baş verib.
30 yaşlı Suqni Bay Dhurvenin başından yapışan vəhşi onu 300 metr sürüyüb. Köməyə gələnlər qadını pələngin cəngindən xilas edərək Bayhar şəhər xəstəxanasına çatdırsalar da, gec olub. Başından ağır dişlək yaraları alan zavallı orada keçinib.

Meşə departamentindən verilən məlumata görə, Suqninin yaşadığı sığınacaqın qapısı olmayıb və pələng ora maneəsiz soxulub. Qatil pişiyin müəyyənləşdirilərək tutulması istiqamətində işlər aparılır. Öz növbəsində kənd sakinləri son bir neçə ayda ərazidə pələng və leopardların  tez-tez göründüyünü və bu barədə meşə təsərrüfatı əməkdaşlarını məlumatlandırdıqlarını bildirərək, onları fəaliyyətsizlildə ittiham ediblər.
Yeri gəlmişkən, rəsmi hesablamalara görə, Hindistanda il ərzində pələnglərin hücumu nəticəsində 40-50 insan həyatını itirir.

L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью