Hindistanda pələnglər beş gündə altı nəfəri öldürüb... | Icma.az
Icma.az bildirir, Sia Az portalına istinadən. ...Hindistanda, Maharaştra ştatının Çandrapur rayonunda insanlarla vəhşi təbiət arasında qarşı
Çərşənbə günü bölgədə bir pələng daha bir qurbanı parçalayıb. Bu dəfə qurban 54 yaşlı Kaçrabai Bharde adlı qadın olub.
Artıq beş gün ərzində pələnglər ərazidə altı nəfəri öldürüb.
SİA-nın məlumatına görə, qadın tendu yarpaqları toplamaq üçün Kərbədə kəndi yaxınlığındakı meşəyə gedib.
Hücum baş verən zaman o, əri Arun və kənddən olan digər qadınlarla meşəyə gedibmiş.
O, tendu yarpaqlarını yığarkən kolların arasında gizlənən pələng qəflətən ona hücum edib.
Əri qışqırıqları eşidib və yırtıcı heyvanın qurbanı sürüyərək apardığını görüb.
...Və arvadını “yaddan çıxaran” Arun, sakinləri xəbərdar etmək üçün kəndə qaçıb.
Tam oxu
Xəbəri oxu