Hindistanda pirotexnika fabrikində güclü partlayış olub

30.05.2025

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 30 may, AZƏRTAC

Hindistanın şimal-qərbində yerləşən Pəncab əyalətində pirotexnika fabrikində güclü partlayış olub.

AZƏRTAC “İndian ekspress” qəzetinə istinadla xəbər verir ki, cümə günü səhər saatlarında Pəncabın Muktsar rayonunda yerləşən ikimərtəbəli fişəng fabrikində baş verən güclü partlayış nəticəsində azı 5 nəfər ölüb, 34 nəfər yaralanıb.

Qeyd olunur ki, partlayış ikimərtəbəli binanın çökməsinə səbəb olub. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir. Ölənlərin sayı arta bilər, çünki hələ də dağıntılar altında qalanların olduğu bildirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью