Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Hindistanın qərbində, Assam ştatında sərnişin qatarı qəzaya uğrayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə bu gün səhər yerli vaxtla 06.54-də (Bakı vaxtı ilə 05.54) baş verib.
Kəlküttə-Sayranq reysi ilə hərəkət edən sərnişin qatarının 6 vaqonu relsdən çıxıb. Ölüm olmasa da, bir neçə sərnişin müxtəliuf dərəcəli bədən xaəsarətləri alıb. Onların dəqiq sayı barədə məlumat verilmir. Qəzaya səbəb kimi maşinistin döngədə lazımi sürəti seçməməsi göstərilir. Hadisə yerində xilasetmə işləri davam edir.
Qeyd edək ki, ştatın baş naziri Himanta Bisva Sarma mətbuata son açıqlamasında sərnişinlərin təhlükəsiz əraziyə təxliyə olunduğunu, qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində işlərin aparıldığını bildirib.
L.Tağıyeva