Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Hindistanın idarə etdiyi Cammu və Keşmir bölgəsində baş verən sel nəticəsində ilkin məlumatlara görə 17 nəfər həyatını itirib, 75 nəfər yaralanıb.
Xalqcebhesi.az Hindustan Times-a istinadən xəbər verir ki, Cammu və Keşmirin Kishtwar bölgəsində "bulud partlayışı" nəticəsində baş verən şiddətli yağışlar sele səbəb olub.
Yerli rəsmilər ilkin məlumatlara görə 17 nəfərin həyatını itirdiyini və 75 nəfərin yaralandığını açıqlayıb.
Bölgədə axtarış-xilasetmə işləri davam edir və ölü sayısının artmasından narahatlıq duyulur.
Məryəm Quliyeva